Olay
Olay

ATV-də yeni təyinatlar

ATV-də yeni təyinatlar

Azad Azərbaycan TV-nin prezidenti Azər Xəlilov yeni təyinatlarla bağlı əmr imzalayıb.

OLAY yazır ki, əmrə əsasən “Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov ATV rəhbərinin kreativ texnologiyalar və əyləncəli verilişlər üzrə müşaviri, tanınmış ssenarist Fariz Əliyev isə ATV-nin icraçı direktorunun yaradıcılıq məsələləri üzrə müavini vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, F.Əliyev bundan öncə ARB TV-də çalışırdı.