Olay
Olay

Nadirin Avroviziya məşqindən ilk görüntülər

Nadirin Avroviziya məşqindən ilk görüntülər

Bu gündən etibarən Avroviziyanın ikinci yarımfinalında iştirak edəcək ölkələr ilk məşqlərini həyata keçirir.

OLAY yazır ki, təmsilçimiz Nadir Rüstəmli də səhnədə öz mahnısını ifa edib.

Qeyd edək ki, Nadirin yarışmadası performansı stadion tribunalarının pilləkanları kimi qurulan platformada, ona yoldaşlıq edən bir rəqqasla baş tutacaq.

Fərqli kamera rakurslarının rəng qatacağı xorooqrafiyaya əsasən, cütlüyün addımları onları ayrı tərəflərə böləcək və beləliklə bir-birini izləyə biləcəklər.

Bildirilir ki, işıqlandırma da mahnının təsir gücünü artıracaq. Xoroqrafiya önümüzdəki cümə axşamı TV-də və arenada nümayiş etdiriləcək.