Şairə Nazilə Səfərlinin oğlu Nurlanın nikah mərasimi keçirilib.
OLAY-ın məlumatına görə, toy etməyə hazırlaşan cütlük Qusarda Laza şəlaləsinin önündə nikah bağlayıb. Nurlan Nuranə adlı xanımla ailə qurub. Bu barədə şairə sosial media hesabında paylaşım edib.
“Nikahda kəramət var… Bu gün sənədli, sübutlu qayınana oldum. Canım yanmasın, necə də gözəl qayınanayam. Oğlum üçün elə guşə seçdik və tərtib etdi ki, nağıllara tay”, - deyə, o, yazıb.
Qeyd edək ki, Səfərlinin oğlunun toyu 9 mayda baş tutacaq.