Olay
Olay

Yayın sonunadək 40 milyon qazanacaq

Yayın sonunadək 40 milyon qazanacaq

Məşhur türk ifaçı Gülşen aylardır səhnə geyimləri ilə gündəmdədir.

OLAY yazır ki, sənətçi Ramazan bayramından sonra 100 konsert verməyi planlaşdırır.

Mayın 27-si Bakıda da səhnəyə almağa hazırlaşan Gülşen təkcə bu ay 24 məkanda çıxış edəcək. Qonorarının dəyərini də artıran müğənni saat yarımlıq musiqi ziyafəti üçün 400 min lirə pul tələb edir.

Bu minvalla Gülşen sentyabrın sonunadək konsertlərindən 40 milyon lirə qazanacaq.

Qeyd edək ki, sənətçinin Bakı konsertinin bilet qiymətləri isə 35 manatdan 220 manatadəkdir.