Müğənni Eldəniz Məmmədov həmkarı Gülay Zeynallı ilə küsülülüyü barədə açıqlama verib.
OLAY yazır ki, bu haqda o, “Maqazin Plus”a danışıb.
Eldəniz Gülayın ona qarşı hörmətsizlik etdiyini söyləyib:
“Gülayın bacısının evinə getmişdim. Mənimlə maraqlanmadı, gedib yatdı. İncidim ki, sizin evə gəlmişəm mənə qarşı diqqətsizlik edirsən. Ona görə də çıxıb getdim. Biz tez-tez küsüb-barışırıq. Bu dəfə də barışacağıq”.
Qeyd edək ki, Gülay bir müddət əvvəl “Şourum” verilişində Eldənizin ondan səbəbsiz yerə küsdüyünü söyləmişdi.