Olay
Olay

Məşhur aktyor filmini azərbaycanca paylaşdı

Məşhur aktyor filmini azərbaycanca paylaşdı

Dünyaca məşhur aktyor Maykl Cey Uayt rol aldığı “Undisputed 2: Last Man Standing” filminin Azərbaycan  dilində dublyajının bir hissəsini instaqram hesabında paylaşıb.  

OLAY yazır ki, Uayt 16 il əvvəl təqdim olunan ekran işini fərqli dillərdə eşitdiyi üçün şad olduğunu bildirib:

“Filmlərimin başqa dillərə dublyaj olunduğunu görəndə çox sevinirəm. Çünki qəhrəmanların müxtəlif rənglərdə və əslən haradan olmasına baxmayaraq, insanlığımızın bizi birləşdirdiyini sübut edir. Bu, həm də qaradərililərin çəkildikləri filmlərin xaricə satılmadığına dair yanlış təsəvvürü aradan qaldırır”.