Olay
Olay

“Geyinib-kecinib özünə fikir verir, nitqinə yox”

“Geyinib-kecinib özünə fikir verir, nitqinə yox”

Əməkdar artist Nailə İslamzadə televiziyada yol verilən səhvlərə irad bildirib.

OLAY yazır ki, bu barədə o, Real TV-nin efirində danışıb. N. İslamzadə deyib ki, televiziya və radio etalondur:

“Nəyi çox göstərsən, nədən danışsan, o da təbliğ olunur. Efirə çıxan aparıcı gəncliyə yaxşı və pis nümunə olur. Bu da böyük məsələdir. Nədən, necə və hansı tərzdə danışmaq ayrı-ayrı şeylərdir. Geyinib-kecinib özlərinə fikir verirlər. Amma düşüncə tərzi, təfəkkür aşağı səviyyədədir. Bu da mədəniyyətdir. Nəyə görə özümüzü bəzəyəndə diqqət edirik. Lakin dildəki qüsurları düzəltmək üçün səy göstərmirik.

Əjdər Ağayev kimi pedaqoq-ekspert var idi, dili etalon idi. Onunla söhbət etmək insana zövq verirdi. Tamaşaçı qoyulan məsələdə nəsə müsbət fikri alır. Fikri belə insanlar verməlidir. Subyektiv fikirlər verilişi də, televiyanı da tamaşaçı qarşısında səviyyəsini aşağı salır. Bir də hərflər çox təhrif olunur. Hər kəs Heydər Əliyev, Nəriman Nərimanov, Mikayıl Rəfili kimi danışa bilməz. Bunu hər kəsdən tələb etmək olmaz. Amma ana dilində səlis danışmaq, fikri doğru izah etmək mütləqdir. Mən harasa zəng edirəm, kobud səs eşidirəm. Dərhal ona sakit tonla cavab verirəm, özünü yığışdırır. Dil mədəniyyəti vacib amildir. Bu aparııclar efirə çıxan insanları diqqətlə seçmək lazımdır. Öz aramızda bu sözü deyə bilmirik, efirdə milyonlara deyilirsə, bu insanın düşüncə tərzindən, təfəkküründən xəbər verir. Ana dilmiz bizim milli-mənəvi sərvətimizdir. Vətəndaşlıq borcumuzdur ki, bu sərvəti qoruyub gələcək nəsillərə ötürək”.