“Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın başına maraqlı hadisə gəlib.
OLAY yazır ki, çox az hallarda görünən Əbabil quşu iş xanımının evinə qonaq olub.
Bu barədə o, instaqramda məlumat yayıb.
R. Əliyeva bildirib ki, həmin quş bir neçə dəfə mənzilinə gəlib:
“Əzizlərim, son 3 gündə hər gün Əbabil quşu evimizin qonağı olur. Belə hal ilə nadirən rastlaşmaq olur”.
Qeyd edək ki, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində də (105-ci surə) bəhs edilir.