“Sevincin sifəti daha toppuşdur, dedim “olar, gedim botoks etdirim? Sənin kimi olsun”. Getdim botoks etdirdim, üstündən dörd gün keçmədi, onu əritdirdim. Mənə gel düşmür, ümumiyyətlə”.
OLAY yazır ki, bu sözləri müğənni Sevil Səfərova “Söz Baz” proqramında qonaq olarkən deyib.
Tanınmış ifaçı estetik prosedurlardan söz açıb: “Adətən, botoks edirlər ki, qaşlar qalxsın, havalı görünsün. Biz əksinə, botoksu qaşlarımızı endirmək üçün edirik. Bunu kimin yanında desək, gülürlər, ancaq elədir”.