Olay
Olay

“Niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?!”

“Niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?!”

“Ailəmə çox bağlıyam. Övladlarımı çox sevirəm. Böyük oğlum musiqiçidir. O, hazırda Amerikada yaşayır. Ondan kiçik oğullarım isə biri tar, digəri fortepiano çalır”. 

OLAY yazır ki, bu barədə Xalq Artisti Siyavuş Kərimi, “Üzə-düz” proqramına qonaq olarkən danışıb.

Məşhur musiqiçi övladları ilə münasibətindən söz açıb: “Yaş fərqi olsa da, onlar arasında da hörmət var. Nolsun ki, o uşaqdır, məgər ona acıqlanmalıyam? Xeyr! Uşaqlarım heç vaxt mənim yüksək səsimi eşitməyiblər. Çox çətin ki, bundan sonra da eşidələr. Sakit və təmkinli insanam. Evdə sərt deyiləm. Sərtlik ancaq işdə ola bilər”. 

S. Kərimi ikinci dəfə ailə qurduğu Günay xanımla olan yaş fərqindən də danışıb:

“Bu önəmli deyil. Bizi xarakter, ruhumuz, düşüncəmiz, ortaq hər şey bağlayır. Yaşın nə fərqi var ki?! Heç bir qınağa fikir vermədim. Öz həyatımdır, özüm bilərəm. Mən niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?! Evdə tarazlıq qorunub, saxlanılmalıdır. Uşaqların tərbiyəsi ilə ana məşğul olur, əlbəttə onun işinə qarışmaq olmaz! Bir problem olanda, uşaq “ay ata” demir ki? “Ay ana” deyir. Hansı kişi evdə “dır-dır”ı sevər ki? Heç biri. Evdə sakitçilik olsun”. 

Bəstəkar Avropadakı proqramlarda mahnıları səsləndiyi üçün qonorar aldığını bildirib: “Yaradıcı insan öz əsərinin bəhrəsini görməlidir. Musiqiçilər gedib toydan qazanırlar, Allah bərəkət versin. Yaxşı, bəs bu şair, yazıçı, bəstəkar nə etsin? Onun əsəri hardasa istifadə olunursa, o bunun qonorarını almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı çatmalıdır. Müğənni mahnı üçün bəstəkar, şairə niyə pul ödəməlidir ki, başa düşmürəm?! Məsələn, bəstəkar mahnı üçün Mübariz Tağıyevi dəvət edir ki, ifa etsin, o bununçün pul ödəməli? Niyə?  Mahnı dövlətə satılmalıdır.

Dövlətin də alıcı təşkilatı olmalıdır. Bəstə hər dəfə radio, TV- də satılanda o pul qəpik- qəpik yığılmalı və yaradıcı heyətin payına  çatmalıdır. Mən 30 il olar ki, Avropadakı verilişlərdən qonorar alıram. Sonuncu dəfə 700 dollar gəldi...”