Olay
Olay

Afaqdan Tolikin iradına cavab

Afaqdan Tolikin iradına cavab

Afaq Gəncəli prodüser Tarix Əliyevin (Tolik) “Səhər mərkəzi” verilişini tənqid etməsinə münasibət bildirib.

Aparıcı bu barədə OLAY-a açıqlamasında danışıb. Gəncəli deyib ki, bu haqda sosial şəbəkədə paylaşım edib, hansısa media qurumuna açıqlama vermək istəmir:

“Mənim kiməsə sözüm varsa, zəng edib deyərəm. Demişəm də. İnstaqram, yaxud da hansısa sayt vasitəsilə cavab verən adam deyiləm. O, eləsin də... Canı sağ olsun. Biz Toliklə bu mövzu haqda danışmışıq. Sosial şəbəkədə onun cavabını verməyi özümə sığışdırmaram. O mövzu deyildi, sadəcə bir söz idi. Özünə dedim, anladı, başa düşdü”.

Qeyd edək ki, Tolik sözügedən proqramda öz verilişindəki mövzulardan istinadsız istifadə edildiyini söyləmişdi.