Olay
Olay

Toliklə Afaq üz-üzə gəldi

Toliklə Afaq üz-üzə gəldi

Prodüser-aparıcı Tolik (Tarix Əliyev) Afaq Gəncəli və Tural Əsədovun aparıcılıq etdiyi “Səhər Mərkəzi” proqramının fəaliyyətini tənqid edib.  

OLAY yazır ki, o, instaqramda açıqlama yayaraq qarşı tərəfin “Tarixin bir günü” verilişinin mövzularına toxunduğunu, lakin istinad vermədiklərini qeyd edib:

“Mən heç kimin verilişindən mövzu götürüb qonaqlarıma sual vermirəm. Proqramım proqramınızdan, sponsorlarım sponsorlarınızdan artıqdır.  Qoşa aparıcılar var, amma veriliş başdan ayağa “şparqalka”lardan ibarətdir.  Reytinqiniz kanallar arasında hamıya bəllidir.  Canım Afaq (aparıcı Afaq Gəncəli- red), bilirsən ki, xətrin əzizdir.  Amma “naftalin” redaktoruna de ki, mən onun üçün o biriləri deyiləm. Proqramımdan çıxan xəbərlərlə öz proqramınızı doldurursuzsa, istinad verin”.

Qeyd edək ki, A. Gəncəli və T. Əsədov bir neçə gün bundan əvvəl Pərvin Abıyevanın TikTokdan 35 min dollar gəlir qazandığını deyərək mövzunu müzakirəyə çıxarmışdı. 

Bu barədə ilk dəfə MTV-nin efirində danışılmış, P. Abıyeva sözügedən platformadan qazandığı gəliri açıqlamışdı.