Olay
Olay

“Elvinin vəziyyəti ağırdır, kritik dövrdəyik”

“Elvinin vəziyyəti ağırdır, kritik dövrdəyik”

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin xanımı Elvina Ağayeva onun səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

Bu barədə OLAY-a danışan E. Ağayeva həyat yoldaşının vəziyyətinin ağırlaşdığını qeyd edib:

“Elvinin vəziyyəti çox ağırdır, kritik dövrdəyik. Bir aylıq güclü müalicə lazımdır. Bu müalicədən üzü ağ çıxsa, əməliyyata girəcək. Günü gündən kilo atır, çəkisi azalır. Rəngi sarı idi, indi qaralmağa başlayıb. Qarnına su yığılmışdı, hazırda ayaqlarında başlayıb. Depressiyadadır, ümidini itirib. Arada bizi tanımır. Beynini toparlayanda 2 sual  verir, ancaq oğlunu soruşur. İkinci sualı odur ki, mənə kömək edirlər?”

Qeyd edək ki, aktyorun əməliyyatı üçün ümumilikdə 90 min manat lazımdır.