Olay
Olay

“Seriallar, filmlər qadının “bədən”dən ibarət olduğunu aşılayır”

“Seriallar, filmlər qadının “bədən”dən ibarət olduğunu aşılayır”

“Təbii ilk ağıla gələn “kişi diqqəti” sindromudur, “ət sindromu” da deyirlər el arasında, amma bunun digər tərəfi də var - reklam, seriallar, filmlər qadının yalnız “bədən”dən ibarət olduğunu açıq aşkar aşılayır, bir tərəfdən də cəmiyyətin tələbi?! O da var,və qadınlar cəmiyyətlə uyğunlaşmağa çalışırlar”.

OLAY yazır ki, bu sözləri sosial media hesabında aktyor Kamran Ağabalayev yazıb. O, qadınların açıq-saçıq libaslardan istifadə etməsi barədə danışıb:

“Bəziləri isə ümumiyyətlə “ovlanmağa”, “şikar” olmağa meyllidirlər, belə hallara da az rast gəlinmir. Hə bir də kişilər gözləri ilə sevir məsələsi də aktual olaraq qalır. Qısacası bir yerinə “macəra” axtaran, kişi və ya qadın, fərq yoxdur, tapacaq!”.