Olay
Olay

DİN təhdid olunan blogerin işini nəzarətə götürdü

DİN təhdid olunan blogerin işini nəzarətə götürdü

Daxili İşlər Nazirliyi bloger Şəfəq Məmmədovanın təhdid olunma məsələsini nəzarətə götürüb. 

OLAY yazır ki, bu barədə bloger instaqram səhifəsində məlumat verib.  

Şəfəq qeyd edib ki, müraciətindən sonra nazirlik məsələ ilə maraqlanıb və tam nəzarətə götürüb.  

Qeyd edək ki, Ş. Məmmədova sosial şəbəkədə fotolar paylaşaraq naməlum şəxsin maşınına zərər vurduğunu, saxta hesablardan təhdid edildiyini bildirmişdi.