Olay
Olay

“Allah məni şeytan ruhlu insanlardan qorusun”

“Allah məni şeytan ruhlu insanlardan qorusun”

Xalq artisti Məleykə Əsədova növbəti ad gününü qeyd edib.

OLAY yazır ki, bununla bağlı aktrisa status paylaşıb.

O bildirib ki, yeni yaşında arzuları çoxdur:

“Yeni yaşım xoş gəldi. Gəlişi uğurlu olsun. Əsas sağlamlıq və arzularımın həyata keçməsini diləyirəm. Ən əsas Allahım məni, ailəmi şeytan ruhlu insanlardan qorusun. Tanrı ağlımızı əlimizdən almasın. Arzularımın çox hissəsi övladımla bağlıdır. Gülərim məni həyata bağlayıb, yaşamağa, ruhdan düşməməyə ruh verib. Qızımın sağlam və savadlı olmağını, onu xoşbəxt görməyimi arzu edirəm.

Doğmalarım yanımda, sağlam olsunlar. Gözəl ürəkli bacılarımın sağlam və sevinc dolu gözlərini hər zaman görmək istəyirəm. Səhnəsiz Məleykə olmaz! Yeni-yeni obrazlarla tamaşaçılarımı sevindirmək istəyirəm. Səhnədə və həyatımda zəhmətimin bəhrəsini, alqışını görməyi diləyirəm. Arzum bitsə, mən tükənmiş olaram. Həyatda olduğum müddətdə arzularım çox olacaq. İnşallah hər birinə çatacam. Nə yaxşı ki varsınız, 33 ildir ki səhnənin Məkeykəsiyəm. Ad günüm mübarək.

Hər günüm, hər dəqiqəm üçün Allahıma şükürlər olsun! 33 ildir sevginizlə məni alqışladığınız ücün, məni sevən tamaşaçılarıma təşəkkür edirəm! Həyat, sevincin qədər, əzabın da şirindir. Səni mənalandıran o keşməkeşlərindir. Səndən doymaq olarmı? Həyat, sən nə şirinsən! Ancaq hamının deyil yalnız qədrini bilənlərinsən”.