Əməkdar artist Tünzalə Əliyeva ( Toppuş bacı) son sağlamlıq vəziyyəti ilə bağlı danışıb.
Sənətçi OLAY-a açıqlama verərkən deyib ki, hazırda müalicəsi davam edir:
“Hələ kimyaterapiya qəbul edirəm. Son üç ay həftəlik kimyaterapiya müalicəsi olacaq. Ondan sonra analizin nəticəsinə görə müəyyənləşəcək. Əvvəllər 20 günlük idi, amma daha həftəlik qəbul edəcəm”.