Olay
Olay

Röya Gülşahla iş birliyinə başladı

Röya Gülşahla iş birliyinə başladı

Xalq artisti Röya Ayxan Türkiyənin məşhur modelyeri Gülşah Saraçoğlu ilə yenidən əməkdaşlığa başlayıb.

OLAY yazır ki, bu barədə sənətçinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, pop ulduzun Türkiyədə lentə aldığı “Nə badə” klipindəki obrazları üçün istifadə olunan geyimlər Saraçoğlu imzası daşıyır.

Həmçinin, dizayner müğənninin İstanbuldakı fotosessiyası üçün də özəl libaslar hazırlayıb. 

Bundan əlavə, Röyanın lentə alınacaq “Ağla” klipinin obrazları Gülşah tərəfindən tikiləcək.

Qeyd edək ki, Rüfət Axundovla duet oxunan “Nə badə”nin sözləri Orxan Mürvətli, musiqisi Fərid Kərimiyə məxsusdur.  Sözügedən mahnıya çəkilən klipin müəllifi isə Müjdat Küpşidir.

Xatırladaq ki, G. Saraçoğlu bundan əvvəl Röyanın “Mən sənsiz” klipi üçün geyimlər hazırlayıb.