Olay
Olay

“Qaraciyərimin 70 faizi gedib”

“Qaraciyərimin 70 faizi gedib”

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev açıqlama verib.

OLAY yazır ki, o, “Xəzər xəbər”ə danışıb.

Elvin deyib ki, övladları üçün yaşamaq istəyir:

“Vəziyyətim yaxşı deyil. Demək olar ki, qaraciyərimin 70 faizi gedib, 30 faizi qalıb. Müalicə ilə bir müddət saxlaya bilərlər. Yaşamaq üçün mütləq orqan köçürülməlidir. Pul yardımı edənlər var, dərman üçün xərcləyirik. Çünki hazırda işləmirəm. İmkanlı şəxslərdən kömək istəyirəm”.

Qeyd edək ki, aktyorun əməliyyatı üçün ümumilikdə 90 min manat lazımdır.