Müğənni Alişan sosial media hesabından oğluna masaj etdirdiyi anları “Survivor”u masaj etdirmədən izləyə bilməz” sözlərini yazaraq paylaşması tənqidlərə səbəb olub.
OLAY yazır ki, qısa zamanda Tvitterdə müzakirə olunanlar arasında girən Alişan məsələ ilə bağlı açıqlama verib:
“Oğlum sadəcə israr etdi deyə bir fotosunu çəkib paylaşdım. Maşallah, Afrikadaşı uşaqlardan tutmuş Ukraynadakı uşaqlara, oradan ölkəmizdəki problemlərə qədər gedib yazdıqlarınız. Qarğışlar, söyüşlər, təhqirlər...
26 ildir çalışıb yüzlərlə bölüm serial çəkən, minlərlə konsert verən, TV proqramlarında aparıcılıq edən biri olaraq 300 lirə verib masaj etdirməyim çox qəribədir? Nə qədər lüksdür? Vay vay! Alişan oğluna masaj etdirib, mənə ar olsun!”.