Olay
Olay

Əlixan əvvəlki kimi deyil

Əlixan əvvəlki kimi deyil

Aktyor Əlixan Rəcəbov görünüşündəki dəyişikliklə diqqət çəkib.

OLAY yazır ki, 7 aydır idmanla məşğul olan sənətçi çəki alması və bədən quruluşu ilə gündəmə gəlib.

Sosial şəbəkə izləyiciləri ona “Protein içsəm, mən də belə olaram” kimi şərhlər yazıblar. Əlixan isə iddialara belə cavab verib:

“7 aya bu nəticəyə çatdım. Heç bir “iynə” yoxdur. Gündə 4 dəfə bol yemək, su və yuxu rejimi. Canınıza qulluq edin”.

Qeyd edək ki, sənətçi bu aylar ərzində 8 kilo çəki artırıb.