Olay
Olay

Küsülü olan Əməkdar artistlər barışdı

Küsülü olan Əməkdar artistlər barışdı

Uzun illərdir küsülü olan Əməkdar artistlər - Çingiz Əhmədov və Nahidə Orucova barışıb. 

OLAY yazır ki, onların küsülülükləri “Təsir dairəsi” proqramında bitib.

Bir araya gələn iki aktyor bu incikliyi aradan qaldırıb.

Xatırladaq ki, Çingiz Əhmədov bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. Sözügedən proqramın aparıcısı Lalə Azərtaş və digər qonaqlar aktyor xəstəxanadan evə çıxdıqdan sonra onu ziyarət ediblər. Bu zaman Nahidə Orucova da onlarla birlikdə gedib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən aktyor aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb.