Petek Dinçöz Türkiyəni Reza Zarraba görə tərk edib.
Ötən ay 8 illik evliliyini bitirən Petek Dinçöz Mayamiyə köçmək qərarı verdiyini bildirmişdi.
OLAY yazır ki, övladının təhsili üçün bu addımı atdığını deyən sənətçinin yalan dediyi iddia edilib.
Bildirilib ki, Dinçözün ABŞ-a gedişinin arxa planında Reza Zarrab var. Onların eşq yaşadığı, Peteyin orada yeni bir həyat quran Rezaya görə Türkiyəni tərk etdiyi söylənilib.
Qeyd edək ki, Serkan Kodaloğluyla 2014-cü ildə evlənən müğənninin ondan borc məsələsinə görə ayrıldığı bildirilmişdi.