Olay
Olay

Jurnalistləri söyüb, yerə yıxıldı

Jurnalistləri söyüb, yerə yıxıldı

Tanınmış türk aktyor Nejat İşler ötən gün İstanbulda məkanların birində əylənib.

OLAY yazır ki, sərxoş halda paparatsilərə tuş gələn sənətçinin yanında bir xanım da olub. İçkili halda müvazinətini itirən Nejat yerə yıxılaraq başını betona çırpıb.

Yanındakı xanımla taksiyə minməyə çalışarkən yerə düşən aktyor jurnalistləri təhqir edib. Daha sonra qaldığı hotelə gedən İşler oranın işçisinin yardımı ilə maşından enib. Girişdə yenə yıxılan sənətçi otağına aparılıb.

Qeyd edək ki, 50 yaşlı aktyor 2014-cü ildə ağır xəstəlik keçirib. Ayaq və əl barmağının ucları kəsilən sənətçi buna rəğmən alkoqollu içkilərdən əl çəkməyib.