Olay
Olay

Aşıq Əlinin 1078 manat cəriməsi var

Aşıq Əlinin 1078 manat cəriməsi var

Aşıq Əli Tapdıqoğlunun külli miqdarda avtomobil cəriməsi olduğu üzə çıxıb. 

OLAY yazır ki, bu fakt sənətçi “Həmin Zaur” proqramında qonaq olarkən açıqlanıb.

Aparıcı Zaur Kamal Əlinin ümumilikdə 1078 manat cəriməsinin olduğunu söyləyib.

Şəxsi maşınının olmadığını bildirən aşıq həmin avtomobilin istifadə olunmadığını deyib. O bildirib ki, Ramazan ayından sonra, toylar olanda cəriməsini ödəyəcək.