Müğənni Elit star Cəmilənin növbəti açıqlaması müzakirə yaradıb.
OLAY yazır ki, o, “Tarixin bir günü” verilişində qonaq olarkən geyimlər haqda danışıb.
Cəmilə deyib ki, qısa geyimlər Azərbaycan üçün deyil:
“Xanımlarımız toylara uzun paltarla getsinlər. Ümumiyyətlə, qısa paltar Azərbaycan üçün deyil. Şortlarınızı, qısa geyimlərinizi xaricə aparıb, orada istirahət edin, kluba gedin, şəkil çəkdirin. Amma bu fotoları instaqramda yayımlamayın”.