Olay
Olay

“Cem Yılmaz Fərdaya, Bəhrama baxsın”

“Cem Yılmaz Fərdaya, Bəhrama baxsın”

“Cem Yılmaza baxmıram. Çünki onun dediklərinin hamısı şəxsən mənim üçün bəllidir. Mən artıq onun nə demək istədiyini əvvəlcədən bilirəm. Həm də tez-tez danışır deyə baxmaq olmur”.

OLAY yazır ki, bu sözləri kulis-ə açıqlamasında Əməkdar artist Tahir İmanov söyləyib.

“Mən demirəm ki, Cem Yılmaz aktyor deyil. Xeyr. Cem Yılmaz bəlkə də bu gün Türkiyədə yumor istiqamətində fəaliyyət göstərən ən böyük aktyorlardan biridir. Mən sadəcə deyirəm ki, Cem Yılmazı başa düşmürəm, başa düşdüklərim isə artıq mənə bəllidir. Onu izləmirəm. Üzr istəyirəm. Cem Yılmaz bizi izləyir? Sizin belə bir məlumatınız var? Biz həmişə özümüzü başqaları ilə müqayisə edirik.

KİV-də yazırlar ki, Ermənistanda belədir, bizdə belə. Ümumiyyətlə, niyə biz Ermənistanla müqayisə olunmalıyıq? Axı onlar kimdi? Mən bax bu nöqteyi-nəzərdən çıxış edib deyirəm ki, müqayisə etməyək. Qoy gəlsin Cem Yılmaz Fərdaya, Cabirə, Bəhrama baxsın. Mən niyə ona baxmalıyam axı? Ümumiyyətlə, Türkiyə yumorunu qəbul etmirəm yox, başa düşmürəm. Başa düşmədiyim üçün də baxmıram”, - deyə, aktyor bildirib.