Olay
Olay

“Kökəlirəm, arıqlayıram, fikir verməyin”

“Kökəlirəm, arıqlayıram, fikir verməyin”

“Arada kökəlirəm, arıqlayıram, fikir verməyin, axı mən də insanam, iştahım var”.

OLAY yazır ki, bu sözləri “Söz-baz” verilişinə açıqlamasında Xalq artisti Aygün Kazımova deyib.

“Ürəyimizi nə qədər gözəl tutsaq, həyatımız o qədər də xoşbəxt olacaq. Qurban olduğum bizi hər pis vəziyyətdən çıxarır, heç bir bəndəyə ehtiyacımız yoxdur. Biz səhnə tərimizin bəhrəsini yeyirik, çörəyimiz sizinki kimi halaldır. Yeni mahnılarım “paçka-paçkadır”, yeni layihələr “kilo-kilo”, “kilometr-kilometr”… Nə qədər istəsəniz. Artıq çox ara vermədən tez-tez layihələr çıxacaq”, - deyə, Kazımova bildirib.

Sənətçi “Aygün Kazımova olmaq üçün nə etmək lazımdır” sualına isə “dünyaya 7 aylıq gəlmək, vətənini çox sevmək lazımdır” sözləri ilə cavab verib.