Əməkdar artist Könül Kərimovanın “Xəzər axşamı” verilişi yayımlanıb.
OLAY yazır ki, ilk qonaqların meyxanaçı Namiq Qaraçuxurlu və müğənnilər Sevil, Sevinc Səfərovalar olduğu proqramda maraqlı anlar yaşanıb. Kərimovanın qızı onun ilk yayım günü münasibətilə efirə tort göndərib.
Qızı müğənniyə “Canım anam, ilk proqram günün uğurlu olsun. Ləman və Dənizin (OXU: nəvəsi) adından” qeydini yazıb. Övladının jesti sənətçini kövrəldib.