Şairə Nazilə Səfərli arıqlamaq üçün həkimə üz tutub.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” proqramında məlumat verib.
Nazilə deyib ki, o, mədəsinə balon qoydurub:
“Həkimə getdim. Az yemək yeyim deyə mədəmə havalı balon qoydurdum. Burda bədənə təsir göstərən kimyəvi maddə yoxdur. Kapsul kimi mədəyə düşür, orada şişir. Mədənin bir hissəsini tutur. Daim tox olursan, idmana həvəsin artır, az yemək yeyirsən”.