Tanınmış influenserlər Aysel Şükür və Asya İsmayılovanın barışığının ardından daha bir məsələ gündəmə gəlib.
OLAY-ın məlumatına görə, Asya İsmayılova və Fuad İsmayılova cütlüyü Aysel barədə məhkəmə şikayətlərini geri çəkəcəklərini bildirib.
“Üç ilə yaxın davam edən məhkəmə prosessindən şikayətimizi geri çəkib, prosesə xitam verəcəyik” sözlərini İsmayılova İnstaqramda yazıb.
Qeyd edək ki, üç ilə yaxındır qalmaqal yaşayan və küsülü olan tanınmışlar ötən gün barışıb. “Location” klubdakı partlayışda zərər görən və xəstəxanaya yerləşdirilən Aysel cütlüklə barışmaq üçün özü addım atıb:
“Gördüm ki, ölürəm, dedim halallaşım”, - deyə, o, bildirib.
Asyayla Fuad isə onun bu təklifini geri çevirməyib və Şükürovanı xəstəxanada ziyarət edib.