Qətlə yetirilən 24 yaşlı amerikalı reper Qunyu (əsl adı Markell Morrou) ilə vida mərasimi gecə klubunda keçirilib.
OLAY yazır ki, bu barədə TMZ nəşri məlumat yayıb. Hətta portal mərasimdən video da təqdim edib.
Bildirilib ki, ifaçının cəsədi sabit qalmaq üçün balzamlaşdırılıb (Balzamlaşdırma mumyalaşdırmanın mərhələlərindən biridir). Mahnıları səsləndirilən Qunyunun fanatları rəqs edərək onunla vidalaşıblar.
Meyitin üzərinə qara eynək və tac da taxılıb. Tədbirin keçirildiyi Bliss klubunun nümayəndələri cansız Qunyunun səhnəyə çıxarılması ilə bağlı onlara məlumat verilmədiyini bildiriblər.
Qeyd edək ki, Qunyu bir neçə həftə əvvəl dayanacaqda silahla vurularaq öldürülüb.