Olay
Olay

Orhan Pamuk evləndi

Orhan Pamuk evləndi

Ədəbiyyat üzrə Nobel mükafatı alan Orhan Pamuk evlənib.

OLAY yazır ki, 69 yaşlı dünya şöhrətli yazıçı 10 ildir münasibətdə olduğu 47 yaşlı Aslı Akyavaşla ailə qurub.

Cütlüyün nikahı Beyoğlu Bələdiyyəsində baş tutub. Pamukun toy mərasimi pandemiya səbəbindən ailə üzvlərinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Türkiyənin ən görkəmli roman yazarlarından biri olan Pamukun kitabları 60-dan çox dilə tərcümə edilmiş və dünya miqyasında 2 milyon nüsxədən çox satılmışdır. Onun “Benim Adım Kırmızı” və “Kar” (“Qar”) kitabları tarixdə ən çox tərcümə olunan və oxunan türk əsərləridir.

2006-cı ildə İsveç Akademiyası onun ədəbiyyat üzrə 2006-cı il Nobel mükafatına layiq görüldüyünü elan edib.