Bakıda gecə klubunda baş verən partlayışda yaralanan, TikTok-da paylaşdığı videolarla tanınan Fərqanə Eynullayeva vəfat edib.
OLAY yazır ki, TƏBİB-dən verilən məlumatda onun bir neçə gündür reanimasiyada olduğu bildirilib.
Xəstənin vəziyyəti ağır imiş. O, 60-62 faiz və üçüncü dərəcəli yanıq xəsarəti ilə xəstəxanada yatırmış.
Fərqanə partlayış baş verən klubun sahibi Rəsul Rəsulovla videolarını da öz TikTok səhifəsində paylaşıb.