Bakıda partlayış zamanı xəsarət alan bloger Aysel Şükür yenidən xəstəxanaya yerləşdirilib.
OLAY-ın əldə etdiyi məlumata görə, Aysel ötən gün səhiyyə ocaqlarından birinə aparılıb, müalicəsini orada davam etdirəcək.
Həkim nəzarətində olan A. Şükürün əl, ayaq, bədən nahiyəsindən xəsarət alıb, saçları yanıb.
Xatırladaq ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.