İyulun 25-dən 29-dək Bakıda “Sea Breeze Summer Fest” beynəlxalq musiqi festivalı keçiriləcək.
OLAY yazır ki, tamaşaçılar beş gün ərzində genişmiqyaslı musiqi proqramı, 150-dən çox artist, orijinal musiqi nömrələri və parlaq şou gözləyir.
Gecədə Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMİN), Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti kimi tanınmış sənətçilərin solo çıxışları olacaq.
Festival çərçivəsində türkiyəli ulduz pop müğənniləri Kənan Doğulu ilə yanaşı Minelli, Morandi, Outlandish olacaq.