Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə nüfuzlu “Hello” jurnalının siması olub.
OLAY yazır ki, “Mən indi kim olduğumu daha çox qəbul edirəm. Mən dinc, xoşbəxt və sakitəm”,- başlıqlı dərgidə Cavadzadənin müsahibəsi yer alıb.
Jurnal Nəsrini uğurlu aktrisa, ağlına gələni edən, çətinliklərlə mübarizə aparan, gender bərabərsizliyinə qarşı dik duran zəhmətkeş biri kimi təqdim edib.