Olay
Olay

Renka atasının məzarı başında ağladı

Renka atasının məzarı başında ağladı

Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) iki il əvvəl koronavirusdan dünyasını dəyişən atasının qəbri üstə açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Space Maqazin”ə danışıb. Sənətçi hələ də valideynini itirməsi ilə barışmadığını, onun ölümünə inana bilmədiyini söyləyib.

Göz yaşlarını saxlaya bilməyən Renka atasının məzarında təsəlli tapdığını deyib:

“Bura gələnə qədər fikirləşirəm ki, bəlkə həminki kimi Rusiyadadır. İnanmaq istəmirəm. Sıxılanda, tək olanda gəlirəm bura, dərdləşirəm, Düzdür, pis oluram. Heç olmasa özümə təsəlli tapıram. Onun ürəyində problem var idi. Koronavirusa yoluxandan sonra, bu problem ona çox pis təsir etdi. Fikirləşirəm ki, başqa nəsə etsəm, onu sağalda bilərdim. Bu məni çox yorur. Hamı deyir ki, bu qismətdir, hərənin vaxtı bir yerə qədərdir. Ondan sonra yaşamaq belə istəmirdim. İndi yaşamıram, keçən dəfə bir verilişdə də dedim ki, uşaqlarıma görə, yaşayıram. Ondan sonra hər şeydən qorxuram, adi zəng gələndə belə narahat oluram. Uşaqlar da mənə zəng etməyə qorxurlar, birinci yazırlar ki, ana, hər şey yaxşıdır”.