Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürdən xəbər var.
OLAY yazır ki, onun səhhəti ilə bağlı keçmiş həyat yoldaşı Oqtay Əhmədov məlumat verib.
O instaqramda status paylaşaraq Ayselin yanında olduğunu söyləyib.
“İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”, - deyə Oqtay bildirib.
Qeyd edək ki, klubda sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan Aysel Şükürün yaxın dostu Raulun ad günü məclisinin keçirildiyi iddia edilir.
Dostunun doğum günü üçün məkana gələn Ayselin vəziyyəti ağırdır. Bu barədə Raul instaqramda açıqlama verib. Ayağından yaralanan gənc Şükürovanın vəziyyətinin qənaətbəxş olmadığını bildirib.