Olay
Olay

“Qələt edib, mənimlə səviyyə söhbəti edir”

“Qələt edib, mənimlə səviyyə söhbəti edir”

Aktrisa Pərvin Abıyeva “TikTok”un canlı yayımında dava etdiyi aparıcı Azər Zahidlə bağlı açıqlama verib.

OLAY yazır ki, o, bu haqda Azərlə yayımı yekunlaşdırdıqdan sonra  danışıb.

“Bu özünü nə zənn edir ki? Qələt edir, mənimlə səviyyə söhbəti edir. Onun başı üçün deyil. Mən onu ömür boyu sındırmışam, sındıracam da. O mənimlə səviyyə söhbəti edəcək adam deyil”, - deyə Pərvin bildirib.

Qeyd edək ki, Pərvinlə Azər platformanın canlı yayımında yarışarkən aparıcının zarafatları onuna xoşuna gəlməyib. Bundan sonra isə onlar arasında dava yaranıb.

Onu da bildirək ki, A.Zahid bundan öncə də dəfələrlə “TikTok”un canlı yayımında yarışdığı şəxslərlə dava edib.