Avroviziya beynəlxalq mahnı müsabiqəsinin rəsmi bukmeykerləri yeni favoritin adını açıqlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “EuroNvision” portalı məlumat yayıb. Qeyd olunub ki, siyahıda lider Rusiya tərəfindən həbri müdaxilələrə məruz qalan Ukraynadır.
Ölkəni “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə təmsil edir.
Bundan əlavə, bukmeykerlərin Azərbaycanla bağlı proqnozları da ürəkaçan deyil. Əvvəl 16-cı sırada qərarlaşan təmsilçimiz Nadir Rüstəmli 5 pillə geriləyib və 21-ci sırada öz yerini tutub.
Əvvəlcə Azərbaycandan daha geridə olan Ermənistan isə irəliləyərək 19-cu sırada qərarlaşıb.
Həmçinin, ikinci yarımfinalda 04 nömrə altında çıxış edəcək Nadirin finala çıxmaq şansı azdır. Belə ki, bukmeykerlər ikinci yarımfinaldan finala keçəcək ölkələrin adını açıqlayıb. Onlar İsveç, Belçika, Serbiya, Polşa, Avstraliya, Estoniya, Finlandiya, Çexiya, Rumıniya və Kipdir.
Sözügedən siyahıda Azərbaycanın adı qeyd olunmayıb.Sıralamanın ölkə təmsilçilərinin məşq çıxışlarından sonra dəyişəcəyi istisna edilmir.