Gənc bir xanımla səmimi görüntüləri yayılan müğənni Mahsun Kırmızıgül və vəkil xanımı Ece Binay ayrılıb.
OLAY yazır ki, Binay əvvəlcə həyat yoldaşının soyadını sosial media hesabından silib, daha sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
Bildirilib ki, qızları olduğu üçün həssas an yaşayan və hələ də hadisənin şokundan çıxa bilməyən Binay boşanma məsələsini bir anda yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, ötən həftələrdə maqazin gündəminə bomba kimi düşən videoda Mahsun Kırmızıgülün dizi üstə uzanaraq qadının saçını sığalladığı görülüb. Güzgü önündə Kırmızıgüllə gənc qadının pozası ortaya çıxsa da, sənətçi susmağa üstünlük verib.
Xatırladaq ki, Kırmızıgül 2016-cı ildə ABŞ-ın Los-Anceles şəhərində bir illik sevgilisi Ece Binay ilə ailə həyatı qurub. Cütlüyün 2017-ci ildə Amerikada doğulan Lavin adlı bir qızı var.