Olay
Olay

“Balalarını atır, deyir, əlimdən aldılar”

“Balalarını atır, deyir, əlimdən aldılar”

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Cananaya üstüörtülü cavab verib.

OLAY yazır ki, o bu barədə “Bizimləsən” proqramında qonaq olarkən danışıb.

Çətin həyat hekayəsi olan bir xanımdan bəhs edən İsgəndərli deyib ki, övladlarını atan analar da var:

“Sənə halal olsun ki, balaca canınla balalarını atmamısan, qanadlarının altına almısan. Hələ necə müsibətlər görmüsən. Amma analar var ki, harınladıqlarından öz həyatı, kefi və eyş-işrəti üçün balalarını atır. Sonra yalandan çıxıb deyir ki, övladlarımı əlimdən alıblar. Mən yalandan obraza girən analar gördüm. Onlara lənət olsun, Allah da lənətləyir onları. Pişik belə balalarını atmır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Canana həmin verilişə çıxaraq M. İsgəndərli ilə barışmaq istədiyini söyləmişdi.