Olay
Olay

Canana Mətanətlə barışmaq üçün efirə çıxdı

Canana Mətanətlə barışmaq üçün efirə çıxdı

Əməkdar artist Mətanət İsgəndərlinin bir müddətdir qalmaqal yaşadığı keçmiş gəlini Canana onunla barışmaq üçün efirə çıxıb.

OLAY yazır ki, o, “Bizimləsən” proqramında qonaq olub.

Daha əvvəl də video paylaşaraq barışıq istədiyini bildirən Canana uşaqların psixologiyasının pozulmaması üçün bu addımı atdığını söyləyib:

“Mətanət xanıma hər zaman hörmətim var. Uşaqlarımın nənəsidir. Mən övladlarımın psixologiyasını düşünürəm. İstəyirəm biz mehriban olaq, onlar da sevinsinlər. Qismətdir, ayrıldıq, o demək deyil ki, düşmən olmalıyıq. Uşaqlarım yanıma gəlir, deyirəm, atana belə de. Söyləyir ki, ana, sən atamı bağışlayırsan? Deyirəm, əlbəttə. Uşaqlar travma alırlar. Yanımda qalırlar, səhər oyananda deyir, atamı seçirəm. Deyirəm, yat, məhkəmədə deyilsən. İstəyirəm sülh, mehribanlıq olsun. Mətanətdən xanımdan da bunu istəyirəm. Bir kiçik kimi barışıq elan edirəm. Yalnız övladlarımın xoşbəxtliyini arzulayıram”.