“Çox yorucu günlərdir. Durmadan çalışıram. Nadir artıq öz həyatını unutmağa başlayıb. Fiziki olaraq yorulmuşam. Əvvəlcədən də bilirdim ki, çətin olacaq. Amma xoşdur. Xəyalımdır, çətinlikləri aşmağa hazıram”.
OLAY yazır ki, bu sözləri, Azərbaycanı Avroviziya- 2022 mahnı müsabiqəsində təmsil edən müğənni Nadir Rüstəmli deyib. O, “Eurovision Turkey”ə müsahibəsində may ayında İtaliyada keçiriləcək gecədə səhnə quruluşunun hələ hazır olmadığını bildirib:
“Fikirlər var, amma hazırlıqlar başlamayıb. Mənə heç nə deməyiblər”.
Bundan əlavə, Nadir çox yorulduğunu dilə gətirib. İfaçı, mahnısını bəyəndiyi ölkələrin adlarını da açıqlayıb: “Hamısı mənə rəqibdir. Birləşmiş Krallıq, Avstraliya, İtaliyanın klip və mahnılarını çox bəyənirəm”.