Əməkdar artist Sevda Ələkbərzadə müğənni Türkan Vəlizadənin ifasını tənqid etməsi ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
Sənətçi deyib ki, əslində T. Vəlizadəni tanımır:
“Mənim adımı kimsənin adı ilə hallandırmayın, şəklimizi birlikdə paylaşmayın. Əslində oradakı ifaçını tanımıram. Sadəcə Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, rəssamlıq, xalçaçılıq ocağında, bir çox turistin olduğu məkanda belə musiqinin səsləndirilməsi məni dəhşətə gətirdi. Bu da Azərbaycanın ən gözəl bayramlarından birində Novruzda, belə məkanda səslənirdi. Heç turistlər gəlmir, öz vətəndaşlarımız orada olurlar. Belə gündə Azərbaycanın sənət ocağında elə musiqi səslənə bilər? Biz avtovağzaldan, taksilərdən, bazarlarda hansı mahnın səslənməsindən danışmırıq. Onların bizə aidiyyəti yoxdur. Amma İçərişəhərdə, Novruz bayramında yox. Bu işlə kim məşğul olur? Niyə belə özəl gündə o tip musiqi səslənir? Ona musiqi demək olarsa”.