Yeni sezondan “Tarixin bir günü” verilişi dayandırılacaq.
OLAY yazır ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) özü məlumat verib.
“Neçə ildir ki, şou xarakterli layihənin aparıcısıyam. Yeni mövsümdən özümü sosial verilişin aparıcısı kimi sınamaq istəyirəm. Çünki verilişlərimdə həyata keçirdiyim sosial layihələr hər zaman uğurlu olub. Sizcə, layihəmizin adı nə olsun?”, - deyə, Tolik yazıb.
Qeyd edək ki, Tarix Əliyev “Toliklə”, “Hər şey daxil”, “Günə bir şou” kimi verilişlərin aparıcısı olub.