Olay
Olay

“Fatimə mənə şər atıb” - Dava böyüyür

“Fatimə mənə şər atıb” - Dava böyüyür

Rəqqasə Fatimə Fətəliyeva və şairə Nazilə Səfərli arasında yaranan qalmaqal yenidən alovlanıb. 

Belə ki, bir neçə gün bundan əvvəl instaqramda açıqlama yayan Fatiməyə qarşı tərəfdən cavab gəlib. 

OLAY yazır ki, N. Səfərli Fatimənin ondan üzr istəməsini tələb edib:


“Fatimə mövzusunda məni yormayın. O,  mənim adımı çəkərək “ərəb paltarını” geyinib hara getmisən və kimin üçün oynamısan” dediyi sözü namusa ləkədir. Sübuta yetirməyincə, böhtandır.
Nə heç kimi qorxuduram, nə də hegemonluq edirəm. Durduğum yerdə şərə düşmüşəm. Heç yerdə Fatimənin adını çəkməmişəm. Fatimə ilə problemim olmayıb və o,  məni ləkələyib. Hələ mən yaxşı insanam, 28 marta kimi ona üzr şansı verirəm. Siz əri olan qadınlar,  belə bir sözü kimsə sizə desə, ərinizə, qeyrətli nəslinizə nə cavab verərsiniz? Mən yox,  Fatimə mənə şər atıb. Əsil nəcabətimi aşağılayıb və təhqir edib. Mən durduğum yerdə şərə düşmüşəm. Böhtan! Bu sözün üstə ailələr dağılır, qadınlar qətlə yetirilir. Günahsızam. Haqqımı tələb etməyə məcburam”.