Əməkdar artist Könül Kərimova Azad Azərbaycan (ATV) telekanalında yayımlanan "7 Canlı" verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi proqramda anasının ona təzyiqlərində və müğənni olmağa məcbur edilməsindən danışıb.
Kərimova deyib ki, evdə onu mahnı oxuması üçün sıxıblar:
"O qədər sıxırdılar ki, oxumalısan. Mən də utanırdım. Səhnədən çəkinirdim, öz-özümə oxumağı sevirdim. Artıq evə dəvətnamə gələndə fikirdən ürəyim sıxılırdı ki, yenə gedəcəyik toya, məni zorla oxutduracaqlar.
Hiss edirdim ki, bir vaxt gələcək səhnədə böyük sənətkarların yanında olacam. Evimizdə bir köhnə radio var idi. Uşaqlar başqa oyuncaqlarla oynayanda, mən o radionun arxasını sökürdüm. Elə bilirdim ki, dinlədiyim sənətkarları orada görəcəm. Bu sənətə döyülə-döyülə də gəlsəm, hiss edirdim.
İndi anam deyir ki, hara gedirsən məndən gileylənirsən. Söyləyir ki, səni müğənni etdim, pis etdim? Anam da, bacılarım da istedadlıdır”.