Xalq artisti Röya Ayxan Novruz bayramı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqramda izləyicilərinə təbriklərini çatdırıb.
“Novruzda elə bir ənənə yaranıb ki, bütün ailə bir araya gəlirz insanlar sevdiklərini görüb, sevgilərini büruzə verirlər. Bütün kədəri, qüssəni unudursan, üzün gülür, xoşbəxt olursan. Hər zaman sevincli olun, mənim xalqım! Bayramınız mübarək”, - deyə sənətçi bildirib.